aybur qafarlı

SEV   MƏNİ…

Sev məni, sev məni, nolar, dəli-divanə kimi,
Sev ki mən də dolanım başına pərvanə kimi.

Dur gəl, ey yari-vəfadar, əlini ver əlimə,
Çək o barmaqlarını tellərimə şanə kimi.

Basıram bağrıma mən hər gecə sənsizliyimi,
Üşüdür qəlbimi hicran, əsirəm nanə kimi.

Gəl yazaq tarixə biz sevgimizin dastanın,
Gələcək nəsl bunu sanmasın əfsanə kimi.

Gəl könül xanəmə bax, xanə elə xanədi ki,
Olmayıbdır hələ bir xanə belə xanə kimi.

Qoy aparsın görüb Aynura həsəd el-aləm,
Olmayıb çün hələ cananə bu cananə kimi.

Müəllif: Aynur Qfarlı

YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ