Kaş ki, yağardı…
Kaş ki, göydən qar yerinə, yar yağardı tənhalara.
Şəhərdə divar yerinə, yar yağardı tənhalara.
Kaş ki, hər il zilhəccədə, hacıağa olmaq üçün,
Zairü zəvvar yerinə yar yağardı tənhalara.
Çün ehtiyacı yoxdu heç ibadətinə insanın,
Zahidü dindar yerinə yar yağardı tənhalara.
Fırlanırıq bütün günü, biz də, bu yer də, dünya da,
Nöqtəyi-pərgar yerinə yar yağardı tənhalara.
Vətəndaşın, şəhərdəşın, qohumların, dost-tanışın,
Bacı-qardaşlar yerinə yar yağardı tənhalara.
Qovulmasaydı babamız bir buğda üstündə əgər,
Qabili-qəddar yerinə yar yağardı tənhalara.
Adamların xəlqi üçün, “kün” deməsəydi həqq o gün,
İndi bu əğyar yerinə yar yağardı tənhalara.
Qul bazarında Yusifi, beş para etməsəydilər,
Dirhəmü dinar yerinə yar yağardı tənhalara.
İbrahimin gülüstanı məskən olubdu qarğaya,
Kaş bu qar-qar yerinə yar yağardı tənhalara.
Cənnətdə hər nə varsa da, bir fərqi yox Sayman üçün,
Kaş ki, bu var-var yerinə yar yağardı tənhalara…
Müəllif: Sayman Aruz
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ