MƏN SƏNİNƏM, SƏN DƏ MƏNİM
Gözlərim eşq bağçasıdır,
Kipriklərim ona çəpər.
Könlüm eşqin şərbətini,
Yollarına səpər, səpər.
Qaç küləkdən, qaç yağışdan,
Qəlbim sənə sığınacaq.
Ruhun sənin nə vaxtacan,
Bir bədəndə sıxılacaq.
Həsrətimdən göz yaşı tök,
Acı-acı göynə gedək.
Bəsdi yerdə göründüyün,
Dur bir az da göylə gedək.
Göy üzündə bulud kimi,
Necə azad, necə şənəm.
Gedib ayrı çiçək gəzmə,
Nərgizinəm, bənövşənəm.
Sənin üçün dönüb belə
Dodaqlarım qəndə mənim.
Ömrümüzün sonunadək,
Mən səninəm, sən də mənim.
Müəllif: Aynur Qfarlı
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ