anna

Nədi bu səssizlik aynadakı mən
Axı mən gülürəm , yazıb , pozuram
Nədi Səni məndən uzaq eləyən
Bəlkə barışasan , bəlkə susasan
Axı yorulmuşam , axı bezmişəm
Nə qədər aldadım , özüm – özümü
Gəl dost ol mənimlə
Yeganə dostum ki , əl uzat mənə
Gəl verək əl_ ələ niyə öləkki
Həyat necə gözəl , günlər necə xoş
İncitməyinin məni nə anlamı var ?!
Bilirsən yeganə mənəm ki
Səni anlayan
Yeganə mənəm ki , Səni dinləyən
Tökmə göz yaşımı sən ilmə ilmə
Gəl barış
Var , dövlət , ev eşik ne desən verdim
Görürsən hər şeyin cəhi_ cəlalın
Daha gileyliyinin nə mənası var ?
Cavabı tez vermə nə olar bir sus
Gör nələr , gör nələr alacaq Sənə
Mən susdum , səndə sus
Qurbanın olum
Taleh , qismət deyilən , alın yazısı
Bax budu , Sən barışmalı,
Baxma aşiqlərə , baxma onlara
Öldürmə özünü bunlar anlamsız
Yol çizdim mən sənə gəl gedek qoşa
Uğurlu gələcək ..
Kitablar sevgimdi , məktəb evimdi
Söylə bundan gözəl səadətmi var ? !
Sən nə görmüsən ki, bu sevgi, bu eşqdə
İstəmirəm onu örtdüm dəftəri
Saf sevgim , məhəbbətim
Ona məxsusdur, kitabı bəllidir
Nə edim ? !
Nə gəlir söylə əlimdən
Bir qələm , bir vərəq
Sakit bir otaq
Sən deynən mən yazım
Budur çarəsi
Bir parça yaz görüm nədir əsərin .

Şairəm təb gəldi , dedim yazacam
Anadan , atadan birdəki yurddan .
İçimdəki alov , içimdəki səs
Yaz bir sevgidən , birdə ki yaddan
Bezmişəm mən daha bu cür həyatdan
*   *    *
Gəl rəhm et mənə , ey dili qafil
Nə fəryad edirsən , nə ah çəkirsən
Acı kədərinə alqış deyirəm
Yaxşı ki , naləni çəkirmişsən Sən
Elə bu dərdinimiş mənə ilham verən
Hələ çox əsərləri qələmə alıb
Səninlə çox gecə qurban verəcəm
Səhəri ocaqda , gecəni Sənlə
Daha neçə əsər yazıb , siləcəm .

Müəllif: Aysel Nazim

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ