Yazarbaycan.az saytının təsisçisi , istedadlı şair Aydın Arslanın “Tərcümeyi- əhvalım” adlı yeni şeirlər kitabı çapdan çıxıb.
Bu barədə Aydın Arslan özü facebook səhifəsində məlumat verib.
Kitab “Mücrü” nəşriyyatında işıq üzü görüb.
Kitaba şairin son illərdə yazdığı şeirlər daxil edilmişdir.
Aydın Arslan həmçinin “Bəxtsiz gəlin“(2001) və “Vəfasızlar oxumasın“(2005) adlı şeirlər kitablarının da müəllifidir.”Tərcümeyi-əhvalım” adlı şeirlər kitabı müəllifin on beş illik fasilədən sonra oxucularla üçüncü görüşüdür.
Kitabın redaktoru tanınmış şair Ayaz Arabaçıdır.
Aydın Arslan həm də tanınmış ifaçılar tərəfindən oxunan, sevilən yüzdən çox mahnıların söz və musiqisinin müəllifidir.
Şairə yaradıcılıq uğurları arzulayırıq!
Müəllif: Aysel Xanlarqizi Safarli
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ