Mən adını gizlicə dəfn etmişəm,
Göz yaşımın gülümsəyən yerində,
Bu misranı ürəyində oxu sən,
Pıçıldama,qulağı var yerin də.
Fərq eləmir,bir andır, ya min ildir,
Varlığınla yoxluğunun arası,
Yayınıbdı fəsillərin gözündən,
Çiçəkləyir hər gün bu eşq yarası.
Fələk elə hürküdübdü bəxtimi,
Üz tutmağa nə doğma var,nə yad var.
Qucaq açdım sən qoxulu sevgiyə,
Bilmədim ki, aramızda həyat var.
Taleyimin yollarını sel basıb,
Göz yaşımdan köynək geyib yağışlar.
Gəl, son dəfə qucaqlaşaq günahım,
Allah səni bu şeirimə bağışlar.
08.06.2020.
Müəllif: Ülkər Nicatlı
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ