ULNİC

HƏR GECƏ

Baxışımdan damla-damla ələnir,
Qəlbimdəki sənsizliyin qoxusu.
Sən gedəli yağış yağır hər gecə
İslanıbdı gözlərimin yuxusu.

Hardan bilsin bu bembəyaz,lal varaq
Bu qaragöz misra mənim külümdü.
Öz ömrümdən çoxdan çıxıb getmişəm
Sənsizliyin bir adı da ölümdü.

Sən getdiyin, o uzaqlar, uzaqlar,
Ürəyime doğma olub gör necə…
Baş qoyduğum daş yastığın üzünə,
Göz yaşlarım məktub yazir hər gecə.

06.06.2020.

Müəllif: Ülkər Nicatlı

 

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ