Əbülfət_Mədətoğlu

DİLİMDƏN QAÇAN İSTƏK

(“Bir qadına…” silsiləsindən)

Kipriklərimin ucu
Saralmış quş dimdiyi…
Duz qovurmuş baxışlar –
Nişan verir kimliyi…

Dodaqlarım- çat -çatdı –
Dilimin kökü yara…
Səsim bir addım atdı –
Uçdu qar – düşdü tara…

Xəyalımdan keçənlər
Yuxumu çalan ilan…
Nişangahı seçənlər –
Ruhu etdilər talan…

Ahın düyünləri çox,
Ümidin sapı çürük…
Qəfil ölümümdən qorx –
Hərdən gözümə görük!

Müəllif: Əbülfət Mədətoğlu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ