Vasif_Süleyman

Vasif Süleyman – Süleymanov Vasif İsgəndər oğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı (1996).

Həyatı

Vasif Süleyman 1965-ci il yanvarın 3-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Dəllər qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1991-1996).

“Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru, “Ədəbiyyat qəzeti”nin  redaksiya heyətinin üzvüdür.

Yaradıcılığı

Ədəbi fəaliyyətə 1980-ci illərdən başlayıb. İlk şeirləri “Pioner” və “Ulduz”  jurnallarında dərc edilib.

Kitabları

“Sevgi atılandan sonra başlayır”, 1993

“Eşq ol, dərgahına səcdəyə gəlim”, 2003

“Bu, ömürdür mən dediyim, nağıl yox”, 2013

Təltif və mükafatları

Publisistika sahəsində uğurlu fəaliyyətinə görə “Qızıl qələm”, eləcə də “Şahmar Əkbərzadə” mükafatları alıb.

6 dekabr 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ