ŞUŞAM
Bizdən çox uzaqda şehli, nəm izsən…
Aydan parıltılı, sudan təmizsən,
Sən bizim əzəli şah zirvəmizsən,
Tanrıdan sən qızlı tac aldın, Şuşam.
Sən indi bizimçün sevda qəmisən,
Şirin bir yuxusan, vüsal dəmisən…
İşğal olunsan da baş əyməmisən,
Qorxaq yağılardan bac aldın, Şuşam.
Vətən uzaq saldı onu dananı…
Tarix dəhşət etdi bizə son anı.
Qoruya bilmədik səntək sonanı,
Sən işğal olan gün qocaldın, Şuşam.
Hicran nə şeydisə bölə bilmirik,
Elə ağlayırıq, gülə bilmirik,
Ölmək istəsək də, ölə bilmirik,
Ölümü sən bizdən borc aldın, Şuşam?
08.05.2020
Müəllif: Sona Abbasəliqızı
ŞUŞAM
Bu həsrət yükünü çəkə bilmirəm,
Hicran divarını sökə bilmirəm.
Vüsal şərbətini içə bilmirəm ,
Göylər tək boşalıb _ dolmusan , Şuşam.
Kədər dumanında qalıb Natəvan ,
Vaqif qoşmasından qan ələnir qan.
Uğrunda oğullar can veribdi , can ,
Acılar içində qalmısan Şuşam.
Seyidin , Cabbarın ağlayır səsi ,
Geyib dərd dumanı Cıdır dərəsi.
Fələk gözdə qoyur arzu , həvəsi,
Bəxtini de harada salmısan , Şuşam ?
Üşüyür həsrətdən ocağın, közün ,
Dumanlar içində ağlayır gözün.
İnşallah , bir zaman güləcək üzün ,
Kədər səni əldən salmasın , Şuşam.
Müəllif: Aysel Əliyeva
QARABAĞIN GÖZÜ ŞUŞA
Gözəllərin gözəliydi,
Vətənimin əzəliydi,
Yazılmayan qəzəliydi,
Qarabağın gözü ŞUŞA.
Üzük üstə bir qaş idi,
Sevgimə yaraşıq idi,
Gözümdə gur işıq idi,
Qarabağın gözü ŞUŞA.
Adı dillər əzbəriydi,
Əyilməyən bir ər idi,
Xəzərimdə bərə idi,
Qarabağın gözü ŞUŞA.
08.05.2020.
Müəllif:Püstə Rəvan
Ağlama, ay ŞUŞAM qıymaram sənə,
Bilirəm ürəyin yaralanıbdır.
Xarl bülbüllərin ahu-zarından,
Göylərin sinəsi paralanıbdır.
Qan gəlir gözündən su əvəzinə,
İsa bulağımın gözü kor olub.
Həsrətdir muğamat,segah səsinə,
Təklənən Şuşamın gözləri dolub.
Şuşanın gözləri indi yol çəkir,
Dinşəyir yollarda addım səsini.
Hər xırda ləpirə,hər xırda izə,
Baxıb xatırlayır doğma kəsini.
Xarı bülbüllərin gözü yol çəkir,
Dağların, düzlərin qanayıb dizi.
Nisgilli yuxular görüb hər gecə,
Şuşam haraylayır gündüzlər bizi.
Müəllif: Rəfiqə Qasımqızı
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ