Ad günümə yazdım, gedib dağlara və orda qalıb qarıyan sevgiyə bağlandı…
Darıxsam, köksünə sıxıb qucaqla,
Sığal çək, saçıma daraq yerinə.
Çəmən şehi kimi, buz bulaq kimi
Gəlmə gözlərimin quraq yerinə.
İllər keçdi, zaman ötdü aradan,
Daş qayadan düşdü, qartal yuvadan.
Məni yuxularda arayan adam,
Su atma sevgimin ocaq yerinə.
İllər Nuridənin dövləti-varı,
Ömür yuvarlanır qüruba sarı.
Bir də qayıdarmı gedən baharı
Qışın ortasında sazaq yerinə?
7 may 2020.
Müəllif: Nurida Misir.
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ