Əbülfət_Mədətoğlu

(Bir qadına….Özümə …və bütün ruh doğmalarıma)

Xatirə olacam… anın birində
Bir zaman kəsiyi bitəcək mənlə…
Anın təbəssümü göz yaşı olub –
Quruyub yanaqda… itəcək mənlə…

Çartlayan dodaqda … eh… sağalacaq,
Qurumuş kiprikdən duz töküləcək…
Tək onun saçları tez ağaracaq …
İçinə saralmış söz töküləcək!..

Tanış ünvanlardan çəkinəcək göz
Ayaq dəyişəcək getdiyi səmti…
Bu yoxluq olacaq kül altdakı köz –
Onu qoruyana düşəcək həmdi…

… Xatirə olacam?.. bəlkə bu istək
Özü də ilğımdı! – meh aparacaq…
Ötüşən zamanı edərək dəstək –
İzimi hər yerdən şeh aparacaq!..

Müəllif: Əbülfət Mədətoğlu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ