RT

Aysız gecələrdə qaranlıq qatı
küçənin halını fanarlar bilər,
bu hissiz-duyğusuz zülmət gecənin
dərdini dərdlərə yananlar bilər.

Gecənin yükünü daşımaq çətin
qaranlıq zamanı çəkər qoynuna,
kor fələk ağrını, həlim gecənin
tullayar bətninə, əkər qoynuna.

Kimin nə hirsi var töksün üstümə,
bu gecə ağrılar udacaq məni,
hardasa gözündən qüssə tökülən
bir qız ah-naləsi tutacaq məni.

Üzümə tökülən qəm damcıları
isladıb, isladıb boğacaq məni,
sevincə hamilə bildiyim gecə
yenə qəm içində doğacaq məni.

Müəllif: Rəfail Tağızadə

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ