QB

YARALI  AĞDAM  HAQQINDA  YARARSIZ  FİLM

Görkəmli professor, tənqidçi – ədəbiyyatşünas Qurban Bayramov Ağdam haqqında olan sənədli film barədə haqlı iradlarını bildirib:  – Ağdam haqqında 2-hissədən ibarət sənədli filmə baxdım. Olduqca yaxşı filmdir. Ağdamın tarixi, keçilən yollar, bu günü yaxşı əksini tapıbdır. Yaradıcı heyətə, sissenari müəllifi və aparıcı Firuzə xanım Nadirə təşəkkürümü bildirirəm. Bir Ağdamlı kimi həm qürurlandım, həm də göz yaşımı içimə tökdüm… 

Lakin, bir tənqidi qeydimi, özü də ciddi tənqidi bildirmək istərdim. Çox təssüf ki, bu iki hissəli filmdə Ağdamın ziyalıları, yazıçı və şairləri, alimləri əksini tapmayıbdır. Danışan alim, yazıçı, şair də bunun üstündən keçiblər. Ağdam torpağı təkcə sovet dönəmində Azərbaycana çox görkəmli alimlər, yazıçılar, şairlər, sənət adamları veribdir.. Ağdam Azərbaycana akademiklərdən – Ziyəddin Göyüşov kimi filosof-estetik, Adilə Namazova kimi uşaq həkimi, dünya şöhrətli alim, Lütfizadənin elmi varisi, akademik Rafiq Əliyevi veribdir. Xudu Məmmədov kimi dünyda məşhur alim Ağdamın “Çay evinə” görə xatırlanır… Ağdamın ilk Xalq yazıçısı Bayram Bayramov, ünlü şairimiz, həm də filoloq alimimiz, professor Famil Mehdi, Çingiz Aytmatovun dostu, çox istedalı şair Şahmar Əkbərzadə, Ramiz Məmmədzadə, Zaqafqaziyada adla deyilən professor-psixoloq, Əməkdar Elm Xadimi Əkbər Bayramov (xatırladım ki, 91-lərdəndir), sovet dönəminin ilk Əməkdar jurnalisti Cahangir Gözəlov, “Qaynana” komediyasının müəllifi, haqqı oğurlanan Məcid Şamxalov, ilk arxeoloq, prof. Rəşid Göyüşov kimi neçə-neçə alimlərimiz, sənət adamlarımız, yazıçı və şairlərimiz nədənsə xatırlanmır… Hələ Müstəqillik illəri dövründə ədəbi-elmi shədə yetişən xadimlərimizi demirəm…

Ağdam təkçə “toy evi” deyil, həm də mütəfəkkirlər evidir… Bu sahə gərək unudulmamlıydı… Ədəbi-mədəni mühit bütöv verilməlidir…
Xatırladım ki, “Qarabağın ədəbi-mədəni mühiti — uzaq keçmişdən, bu günümüzə qədər” adında, bu sahədə ilk məqalə-tədqiqat müəllifi kimi, mən belə düşünürəm!!.” 

Qeyd:

Həmişə dönə-dönə qeyd etdiyimiz ala-yarımçıqlıq, ədəbi-bədii  yaradıcılkığa hansısa  müvəqqəti maraqların kölgə salması nəhayətdə yenə gələcək nəsilləri məlumatsız qoyur…  Biz belə yarımçıq məlumatlara görə böyüklərə sual verəndə bizim suallara  “sovet dövrü”, “rus şovnizmi” adlı qalxanlarla sipər tuturdular… Əcəba, bəs biz sabah bu sualların qarşısında nə cavab veəcəyik?!

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ