MAYIL DOSTU

Dünyanın belinə yəhər qoymusan,
Ay insan, çapırsan belədən-belə.
Anasın ağladıb, gönün soymusan,
Barı indi dayan, ondan əvf dilə.

Dünya ilə çoxdan dostluq etsən də,
Dil tapıb, könlünü ala bilmədin.
Min illərdi, dünya oynadır səni,
Sən onun havasın, çala bilmədin.

Dünyanın işinə az qarış, insan,
Hər qaranlıq yerə, barmaq uzatma.
Dünyaya baş vurmaq deyildir asan,
Xörəyi dadmadan,çalış duz atma.

Suçunu dünyanın adına yazma,
Ona nə vermisən, ala bilmirsən?
Cahanın mehvərin,düzənin pozma,
Dinc oturub,rahat qala bilmirsən?

Ay insan, dünyanın durma üzünə,
Yıxma günahını onun üstünə.
Ya qayıt gerçəyə, haqqın izinə,
Ya da, tamaşa et, çıxan tüstünə.

02. 05. 2020.

Müəllif: Mayıl Dostu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ