eia

(…yuxusuz keşən ağrılı
gecələrin şeiri…)

Sən məni bağışla
çəkdiklərimə,
Mən dərdin-kədərin
oğluyam, oğlum.

Alın yazımdadı
bu can məmləkət,
Bu viranə yerin
oğluyam, oğlum.

Gecələr beyqafıl
zəngnən çalınan
Bir qara xəbərin
oğluyam, oğlum.

Bu miskin canımı
çığnayıb kecən
Ruhu dərbədərin
oğluyam, oğlum.

Gedirəm, az qalıb
mənzil başına –
O yorğun səfərin
oğluyam, oğlum.

Niyə gözlərimə tor gəlir…
mən ki
İşıq Ələkbərin oğluyam, oğlum.

28.04.2018.

Müəllif: Ehtiram İlham

===========================================

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ