Torpaq öz səbrini darayır burda,
Ucalıb qeyrətin sarayı burda.
Donub həqiqətin harayı burda,
Burda ocaq-caq üşüyür Vətən.
Könül bir az toxta, nəfəsini dər,
Yüz ildi bu dərdin dərdi təzə-tər.
Burda alov-alov kişnəyir kədər.
Burda ocaq-caq üşüyür Vətən.
Dağların döşündə söz düyün düşüb,
Dərdin ocağında köz düyün düşüb.
Dözüm sözündəki “döz” düyün düşüb
Burda ocaq-caq üşüyür Vətən.
Bəxtimin sarayı dərd daşlarından,
Keçirəm alnımın qırışlarından.
Tonqal qalamışam göz yaşlarımdan,
Burda ocaq-caq üşüyür Vətən.
Müəllif: Ülkər Nicatlı
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ