qelender-x

AD   GÜNÜNÜZ   MÜBARƏK!!!

Bu gün gözəl insan, jurnalistikamızın tanınmış simalarından biri, öz sözü, öz qələmi, öz dünyası olan, şair-publisist Qələndər Xaçınçaylının doğum günüdür!!! Ad günü münasibəti ilə sevimli yazarımızı təbrik edir və yaradıcılığından bir-neçə nümunə təqdim edirik:

“Bir vətən eşğilə
bilin, yazıram.
Yolunda ölümə
hər vaxt hazıram!!!”

Şair ürəyindən gələn bundan səmimi söz ola bilərmi???

və ya bugünkü əlamətdar günlə səsləşən başqa bir şeir:

Günlər keçir

Günlər keçir
İllər keçir,
yaş artır.
Qocalığın içində
Cavanlığım görünür.
Ancaq xoş əməllərim
Xatirəmdə qalır.
Pisi unuduram,
Yaxşıya sevinən ürəyim
uğuruna əl çalıram.

… .. …

Uğurlu illərim
Uğursuz günlərə calandı.
Vətənim parçalandı,
Ürəyim parçalandı.
Sinəmdə böyüdü,
boy atdı, Qaraağ dərdi…

 

QƏLƏNDƏR   XAÇINÇAYLI   HAQQINDA

Qarabağın gözəl guşələrinin birində -Ağdamda doğulub boya-başa çatan Qələndər Xaçınçaylı  Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair – yazıçı, publisistdir… 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.

Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır.  İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunub. İlk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap olunub. Onun kitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylı bütün yaradıcılığını  Qarabağ müstəvisində,  vətənpərvərlik və mübarizlik çevrəsində toplayır.

 

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ