MAYIL DOSTU

Nədən belə biganəsən, ay qardaş?
Çiynində laqeydlik qurubdu bardaş,
Olmusan mürgüyə, yuxuya sirdaş,
Röyalarda üzüb, xəyalda batma,
Qəflət yuxusunda bu qədər yatma.
***
Haqq ağzını göyə tutub hürəndə,
Alim ehtiyacla ömür sürəndə,
Birini əzilən, naçar görəndə,
“Nə işim var” deyib, çiynini atma,
Qəflət yuxusunda bu qədər yatma.
***
Kişi kimi yaşa, mərdliklə tapış,
Qoyma, bir doğruya tikilsin papış,
Dürüstə qahmar çıx, əlindən yapış,
Başını bulayıb, qaşını çatma,
Qəflət yuxusunda bu qədər yatma.
***
Gözlərini yumub niyə susursan?
Elə bil, bərədə ceyran pusursan,
Yalan vəd yeyirsən, köpük qusursan,
Ədaləti, heç vaxt nahaqqa satma,
Qəflət yuxusunda bu qədər yatma.
***
Qardaş, ətrafa bax, diri ol, diri,
Hökmün göyə dəysin, oynatsın yeri,
Üzü sabaha get, qayıtma geri,
Mübariz ruhunun cilovun dartma,
Qəflət yuxusunda bu qədər yatma.
***
Qeyrətini əzir düşmən, dinmirsən,
Noxtalayıb, niyə tutub minmirsən?
Cəsur türklüyünə, nədən dönmürsən?
Qəhrəman adına acizlik qatma,
Qəflət yuxusunda bu qədər yatma.

Müəllif: Mayıl Dostu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ