HƏSRƏT KÖRPÜSÜ
Bir həsrət körpüsü tikmişəm bu gün,
Sahildən sahilə beşcə tağı var.
Büllur sürahılı, döşəmə şəffaf,
İkicə dirəyi, bircə bağı var.
* * *
O böyük Allahım verib ahəngi,
Bünövrəsi möhkəm, sabitdi dəngi,
Dünyayi – aləmin çoxsa da rəngi,
Rəngi – əlamətdən təkcə ağı var.
* * *
Ustacam, körpümün işığı Günəş,
Aylı gecələrdə Günəşdən atəş,
Buludlar araya girəndə ah, kaş…
Nurunu aidığı qəlbcə yağı var…
07.04.2020. Bakı.
Müəllif: Zaur Ustac
“Ən parlaq ulduza” – silsiləsindən şeir
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ