GÜLÜM
Bir ümid həsrəti boylanır yenə,
Qəlbimin ən dərin qatından, gülüm.
Yaradan payıdır, ruhun çeşməsi,
Qaynayır dilimin çatından, gülüm.
* * *
Şükür Yaradanın məsləhətinə,
Heç vaxt mindirməyib nəfsin atına,
Çox salıb toyuna, ya büsatına,
Hər zaman qoruyub matından, gülüm.
* * *
Bu qədim yapının, gedişi bəlli,
Gəlişli qapının, gedişi bəli,
Şahının, topunun gedişi bəlli,
Ustacın qorxusu, atından gülüm…
06.04.2020. Bakı.
Müəllif: Zaur Ustac
“Ən parlaq ulduza” – silsiləsindən ilk şeir