sebuhi_rehimli

AD  GÜNÜNÜZ  MÜBARƏK!!!

Bu gün gözəl insan, sadiq dost, tanınmış astroloq Səbuhi Rəhimlinin ad günüdür! Bu gün münasibəti ilə Səbuhi müəllimi təbrik edir, bütün işlərində yeni-yeni müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, Səbuhi müəllim!!!

QISA   ARAYIŞ

Səbuhi Kamal oğlu Rəhimli 1970-ci il, martın 22-də Mirbəşir rayonunun (hazırkı Tərtər rayonu) Seydimli  kəndində, müəllim ailəsində dünyaya gəlib. 1988–1990-cı illərdə Rusiyanın Xabarovsk diyarının  Amur şəhərində hərbi xidməti keçib.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990–1995). Tələbəlik illərində könüllü olaraq, Qarabağ müharibəsində iştirak edib, 1992-ci ildə aparılan döyüşlərdə ağır yaralanıb.

1990-cı illərdən ölkənin aparıcı qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Elə həmin dövrdə özünü  astrologiya sahəsində də sınayıb. 1999-cu ildən “Qoroskop” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Qəzet 2018-ci ildə fəaliyyətini dayandırıb.

Səbuhi Rəhimli 40 kitabın müəllifidir (2018). Onlardan 2-si elmi, 4-ü ədəbi, 3-ü Qarabağ və şəhidlik mövzusunda, qalanları isə astroloji mövzulardadır. Müəllifin ən məşhur kitabı Avesta gerçəyi adlanır. Elmi, dini, fəlsəfi və etnoqrafik tədqiqat əsəri olan kitab  zərdüştilikdə mərasim və bayramlardan bəhs edir.

Azad Söz və Veteran Jurnalistlər birliyinin üzvü olan Səbuhi Rəhimli hazırda müxtəlif sayt və qəzetlərdə köşə yazıları, astroloji məqalələlərlə çıxış edir. Ailəlidir, bir övladı var.

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ