WWW.USTAC.AZ

Fərdi İnkişaf və Yaradıcılıq Portalı

AD GÜNÜ, ADLAR, ASKEF, AZƏRBAYCAN, AZƏRBAYCANLI, BİOQRAFİYA, HAQQINDA, MƏLUMAT, SAYMAN ARUZ, SÖZ DÜNYASI, TƏQDİMAT, WWW.YAZARLAR.AZ, YAZARLAR, ZAUR USTAC, ZİYADAR MÜKAFATI, ŞAİRLƏR

Sayman Aruzun ad günüdür!

sayman-aruz

AD  GÜNÜNÜZ   MÜBARƏK!!!

Bu gün tanınmış söz adamı, ictimai-siyasi xadim, o taylı, bu taylı vətənin layiqli övladı Sayman Aruzun ad günüdür! Bu gün münasibəti ilə yazarı təbik edir, yeni-yeni müvəffəqiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Sayman müəllim!!!

QISA ARAYIŞ:

 

SAYMAN  ARUZ  (HƏSƏNZADƏ)  HAQQINDA

Sayman Aruz (سایمان آروز) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri.

HƏYATI
Sayman Aruz (Həsənzadə) aprel 19, 1979-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub.

Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və daha sonra fars dili və ədəbiyyatı fakültəsinə daxil olub. Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitirib.

Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, “Mərdom və cameə”, “Məhdi Azadı”, “Şəms”, “Yarpaq”, “Yaşmaq”, “Günəş” və s. dərgi və qəzetlərdə cap olunmuşdur.

2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan “Süküt kimi sakit”, “Barış xətabaləri” və Bakıda nəşr olunmuş “Bahar gəlmədi”, “Paltarlarım adamsızdır”, “A hərfinə uduzmaq” adında şeir və “Yüz il inqilab” və “Bizi Öldürməyə gəlirlər “adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında “Nəsimi mənzum dramı” və “Praktik irfan nəzəriyyəsi” kitablarının müəllifidir.

Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYAQ) təsisçisi və rəhbəridir. İndiyə kimi Cənubi Azərbaycanın müasir şairlərinin DAYAQ adına 30 kitabı nəşr olunmuşdur. Eləcə də dünyada yaşayan soydaşlarımızın ədəbi yaradıcılığını əks etdirən qurumun elektron səhifəsi (litdiaspora.az) yaradılmışdır.
Hazırda Bakıda yaşayır. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri vəzifəsində işləyir. “Ziyadar” mükafatı laureatıdır.

ƏSƏRLƏRİ
Süküt kimi sakit
Barış xətabaləri
Bahar gəlmədi
Paltarlarım adamsızdır
A hərfinə uduzmaq
Yüz il inqilab
Bizi öldürməyə gəlirlər
Praktik irfan nəzəriyyəsi
Nəsimi dramı
Xaqani Şirvanının “Şiniyyə” qəsidəsinin şərhi

TƏRCÜMƏLƏRİ
1-Xaqni Şirvaninin “Şiniyyə” qəsidəsinin tərcüməsi və şərhi
2-Mövlanə Cəlaləddinin “Məsnəvi” Əsərinin 2 dəfrtərini orginaldan Azərbaycan dilinə tərcüməsi
3-Nurəngiz Günün şeirlərinin farscaya tərcüməsi

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: