ZAUR USTAC “USTACI” LAR HAQQINDA
Salam olsun, çox dəyərli oxucum! Son bir-neçə həftə ərzində xüsusi ilə artan maraq və bunun nəticəsində yaranmış saysız-hesabsız sorğu-suallardan belə bir yazı yazmaq ehtiyacı açıq-aydın hiss olunurdu. Məncə “Ustacı”-lar birdən-birə, necə deyərlər, havadan, göydəndüşmə yaranmayıb. Çünki, neçə vaxtdır, məsələn, “İnci qərənfil”, “Düşünürəm”, “Dünya bir pəncərədir”, nəhayət “Payızdı bu, güzdü bu” kimi şeirlərdə artıq nəsə bir fərqlilik hiss olunrdu və bu təbii proses nəticəsində “Ustacı” – lar yarandı. “Ustacı”-da birinci əsas tələb ilk sözdən son sözə qədər bir ibrətamiz fikri anlatmaq, təbliğ etmək və ya şeirdə ümumi hansısa bir tərbiyəvi əhəmiyyətli ideya, düşüncənin olması şərtdir. Bundan əlavə hər bir qafiyəli, nəzm nümunəsi kimi “Ustacı” – nın da özünəməxsus texniki xüsusiyyətləri vardır. “Ustacı” – lar iki bənddən ibarət olur. Birinci bənd dörd misradan, ikinci bənd isə beş misradan ibarətdir. Qafiyələnmə aşağıdakı kimidir: a a a b, c c c b b. Hər misra on dörd hecadan ibarət olur. Bütün bunlardan əlavə gizli, yəni açıq görsənməyən texniki sirr sayılacaq, bütün “Ustacı” – lar üçün xarakterik olan səciyyəvi xüsusiyyətləri var. Ayrıca həm heca bölgüsünün, həm də bənd və misra syları təsadüfi deyil, məqsədli olaraq belə seçilib, hamısının öz anlamı var. Bir neçə “Ustacı” nümunəsini diqqətinizə təqdim etmək istəyirəm:
HEÇ NƏ DƏYİŞƏN DEYİL
(Ustacı)
Zaman, zaman dediyin, ömürdür, axıb gedir.
Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.
Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.
Rahat yaşa özünçün , heç nə dəyişən deyil!
* * *
Uslu-uslu dünyanı, gərək arasın adam.
Sakit-sakit dövranı, gərək darasın adam.
Tələsməyib, gözləsin, gərək sonrasın adam.
Aradan çox az keçər, görərsən bu, o deyil,
Cəhd eləmə boş yerə, heç nə dəyişən deyil!
13.01.2020. Bakı ş.
CAHİLİN BƏXTİ OLMAZ
(Ustacı)
Zalımın zülmü qalar, məzlumun ahı keçər.
Ariflər bulağından, arif olan su içər.
Urvatsıza ha söylə, özü bildiyin seçər.
Rəşid olan üzərmi, incidərmi bir kəsi!?
* * *
Ustac nə söyləyirsə, yazın daşa, qayaya.
Sabahın övladları, möhtac olmasın Aya.
Taleyindən küsənlər, bəxtsiz gəlib dünyaya!?
Allah faili-muxtar, yaradıbdı hər kəsi,
Cahilin bəxti olmaz, şans da gəzər ər kəsi!
13.01.2020. Bakı ş.
KƏLƏKBAZIN TORUNA TAMAHKAR DÜŞƏR
(Ustacı)
Zamanın xəlbirində, ələnir arzu-istək.
Amansız dedikləri, dünyamız safdı mis tək.
Uğuru, bizim uğur, uğrsuz, olur nəs tək.
Razı qalmayıb kimsə, hey zamana günahkar!
* * *
Uşaqların beynini, yuyur ata, anası.
Sabahları kor olur, sındırılır aynası.
Tale, qismət adıyla, göydə uçur sonası.
Arzu qanadlarında, gəzir xəta xətakar,
Cüvəllağı toruna, düşür sonda tamahkar!
15.01.2019. Bakı ş.
Şair-publisist.
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ