saax

Tanınmış yazar, ASKEF – in Azərbaycan üzrə  təmsilçisi  Sona Abbasəliqızının “Ağlayan xatirələr”  adlı, seçmə şeirlərdən ibarət  yeni  kitabı  yuxarıda adı çəkilən təşkilatın həyata keçirdiyi layihə çərçivəsində qardaş Türkiyə Respublikasının “Sahil yayın evi”-ndə nəşr olunmuşdur. Sona  xanım öz sevincini bizimlə belə bölüşdü:

“Çox sevincliyəm, bu kitab artıq işıq üzü görən yeddinci kitabım olmasına rəğmən ilk kitabım nəşr olunanda sevindiyim qədər sevincli və həyəcanlıyam. Hər yeni kitab dünyaya gələn yeni bir övlad kimidir. Bu isə əvəz olunmaz hissdir. “Ağlayan xatirələr”  adlı  kitabım qardaş Türkiyə Respublikasının “Sahil yayın evi”-ndə nəşr  1000 tirajla olunub. Bu işdə mənə həm maddi, həm də mənəvi dəstək olduğuna görə ARDNŞ rəhbərliyinə və ASKEF genəl başqanı Savaş Ünal bəyə, bütün əməyi keçən hər kəsə, sevimli oxucularıma təşəkkürümü bildirir, sevincimi onlarla bölüşürəm. Sağ olun. Nə yaxşı ki varsınız.”

sona-is

Yazarlar camiəsi olaraq biz də  Sona  xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Uğurlarınız bol olsun Sona  xanım!!!

 

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru