sq

YUMUR…

Bu yolun sonu yox, ayrıcı yoxdu,
Səninlə yolumuz dolaşıb qalıb.
Tutubdur bu yolun ahı könlümü,
Sevgim vəfasıza bulaşıb qalıb.

Elə hey çırpınır, vurnuxur yenə,
Quş tək yuvasından perik düşübdür.
Bağı viran olmuş Bağbana dönüb,
Meyvəsi ağacdan çürük düşübdür .

Dil açır elə bil daş da ,qayada,
Qan qoxur dünyanın üzündən yenə.
Barışıb qismətlə qismətsiz biri,
Gecələr qan damır gözündən yenə.

Yarasın sarıyır gah hicran ,gah qəm,
Göylər də dərdini yumur yazığın.
Xoşbəxtlik üzünü çöndərib gedir,
Gözünü əcəl tək, “yumur” yazığın….

09.02 20.

Müəllif:Solmaz Qəribel

=====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ