Əlizadə Əjdər Cəbrayıl oğlu 1953-cü ildə Ağdam şəhərində anadan olmuşdur. İxtisasca jurnalist, mühəndis, “Tibet” Şərq Təbabəti (Nəbzlə diaqnostika və təbii üsullarla müalicə) mütəxəssisidir. Yazıları “Trud”, “İnşaatçı”, “Xalq”, Ağdamın “Lenin Yolu” qəzetlərində dərc olunmuş, oçerk və reportajları Ağdam Yerli Radio Verilişləri Redaksiyasında mütəmadi səsləndirilmişdir. Gündəlik çıxan “İki Sahil” qəzetində işlədiyi 4 il ərzində 2 mindən çox məqalələri dərc olunmuşdur. 2001-ci ildən “Kirpi” Satira Yumor Jurnalında feiyeton şöbəsinin redaktorudur. 1983-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1993-cü ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. Həsənbəy Zərdabi adına Diplom və “Qızıl Qələm” Fəxri Media Mükafatı laureatıdır. Tikinti sahəsində Səmərələşdirici təkliflər müəllifidir. Ailəlidir, 2 oğul və 2 qız atasıdır.
=====================================================
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ