Mübariz İbrahimov

Azərbaycan  Respublikasının  Milli  Qəhrəmanları

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, adı dillərdə dastan olan, həm müasirimiz, həm də əfsanə olan Mübariz İbrahimovun ad günüdür! Ad günün mübarək, şəhidim!!! Rahat uyumağa çalış…. Bilirəm ki, ruhun heç vaxt şad ola bilməz, nə qədər ki, uğuruna ömrünün ən yaşamalı çağında canından keçdiyin, o mübarək qanınını axıtdığın, qoynuna girməzdən əvvəl günlərlə qol-boyun olub qaldığın  ana torpaq düşmən tapadağı altında inləyir, bu mümkün deyil… Allah rəhmət eləsin… Qəbrin nurla dolsun, şəhidim…

MÜBARİZ   İBRAHİMOV   HAQQINDA

(7.2.1988, Biləsuvar r-nunun Əliabad k. – 18.6.2010) – Azərbaycanın Milli Qəhrəmanı (22.7.2010, ölümündən sonra).
7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. 1994-cü ildə Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə getmiş, 2005-ci ildə oranı bitirmişdi. Elə həmin il Biləsuvar rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağrılmışdı. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır. 2007-ci ildə ordudan tərxis olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin Vətən sevgisi hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. M.İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir.
Mübariz burada xidmət etmək istəmirdi. Yalnız ön cəbhədə olmağa çalışırdı. O, dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur. Bir ay idi burada xidmət edirdi.
Gizir Mübariz İbrahimovu bu ön xətdə gətirən bir amal, bir istək idi. Vətən! Millət! Torpaq!.. Onun qəlbində bir müqəddəs fikir hakim kəsilmişdi: «Məzlumun dostu, zalımın düşməniyəm».
Zaman etibarı ilə bu, çox qısa bir vaxtdır. Ancaq bu qısa zaman kəsiyində Mübariz sözün əsl mənasında özünün zabitlərə, əsgərlərə sevdirə bildi. Bir sözlə hamının məhəbbətini qazandı.
Mübariz daxilən utancaq, az danışan, Vətəni sevən və Tanrıya bağlı bir insan idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı.
18 iyun 2010-cu il… Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazi.. saat 23:30-dur. Bir qrup erməni hərbiçisi atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir. Həmişə səngərdə ayıq-sayıq dayanan Milli Ordunun əsgərləri bu dəfə də düşmənə layiqli cavab verirdi.
Gizir Mübariz İbrahimov bu döyüşdə xüsusi ilə fərqlənirdi. O, hücuma keçən erməni yaraqlılarının həmləsini dəf edərək təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edir. Bu döyüşdə o, qəhrəmancasına həlak olur.
Subay idi.
.
.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Başqa bir sərəncam ilə xatirəsinin əbədiləşdiriməsi üçün Biləsuvar rayonunun orta məktəblərdən və rayon mərkəzindəki küçələrdən birinə onun adının verilməsini tapşırdı və bu, yerinə yetirildi.

Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəngə onun şərəfinə “Mübariz” adı verildi. 2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı oldu. Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırladığı yük gəmisi də “Mübariz İbrahimov” adlandırıldı. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto parkında Azərbaycan icmasının təşəbbüsü ilə qəhrəmanın adına xatirə lövhəsi vuruldu. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Mübarizin adı verildi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə heykəli ucaldıldı.

Onun haqqında 2010-cu ildə rejissor Etibar Məmmədov “Müqəddəs zirvə” filmini çəkdi. Türkiyədə onun qəhrəmanlığı dillərdə dastana çevrildi. 2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığına TRT 1 kanalında nümayiş olunan “Sakarya Fırat”, 2014-cü ildə nümayiş olunan “Qızıl Alma” seriallarında geniş yer ayrılmışdır. Fəxrəddin Mustafayev “Mübarizlər yolu”, Maarif Köçkün “Mübariz cəsarəti”, Zaur Ustac “Oriyentir Ulduzu” kitablarını yazdılar. Elxan Elatlı “Qisas gecəsi”, Balayar Sadiq “Hünər simfoniyası”, Baxşeyiş Abbasoğlu “Ölüm son deyil… və yaxud əbədiyyət nəğməsi”, Mustafa Çəmənli “Mübariz” romanlarını, Rauf İlyasoğlu “Vətən sağ olsun” poemasını yazdılar.

 

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ