Zaur Ustacın “Güllünün Şeirləri” kitabı əlifbanı yeni öyrənməyə başlayanlar üçün çox əlverişli bir vəsaitdir. Beləki, anoliji vəsaitlərdən fərqli olaraq əlifba sırası ilə bütün hərflərin hamısına və eyni zamanda 1-dən 9-a qədər bütün rəqəmlərə aid olduqca axıcı şeir, tapmacalar yığcam şəkildə bir kitabda toplanmışdır. Aşağıdakı bəzi nümunələrə nəzər salaq:
“ L “
Lalə dostların yenə
Topladı ətrafına,
Axı, mən nənəmgilə
Getmişdim Lənkərana!?
Orda bir ağac vardı,
Meyvələri sapsarı.
Leyla dadına baxdı,
Büzüşdü dodaqları.
Və ya başqa bir nümunə:
“ N “
N, iyirminci hərfdir,
Düşüb qabağa amma.
Çünki, onu bilməsək,
Yaza bilmərik Ana.
N, nənəmin ninnisi,
N, nənəmin nehrəsi,
N, nənəmin şipşirin
Noğul kimi nəvəsi.
Daha bir maraqlı nümunə:
“ Ç “
Ç hərfi çobanla
Lap çoxdan dostluq edir,
Ç – li çomax həmişə
Çobanın əlindədir.
Çəməndəki keçisi,
Ç – li çayırı çeynər,
Arxacdakı çəpişlər
Çeşmələrdən su içər.
Ç – li alaçıq, çadır
Çöldə çobanın evi,
Çoban yaman çox sevir
Ona görə bu hərfi!
Mənim xoşuma ən çox bu şeir gəlir:
“ K “
Kirpi kələmlə bir gün
Gəldi kələ-kələyə.
Dedi, çəkil yolumdan,
Kələm, güldü kirpiyə.
Sonra, gördü ciddidi
Dedi, əkil başımdan.
Bura mənim yerimdi,
Bir də keçmə qarşımdan!
Kartofla, kök dözməyib,
Yetişdilər köməyə.
Kirpi başa düşdü ki,
O, məcburdu dönməyə.
Müəllif: Zaur Ustac
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ