Ebulfat_Memedoglu_yazar

ÖZÜMDƏN  ÖZÜMƏ

Söndürülmüş işığam
Kim yandıracaq məni?..
Yenidən yanmağıma –
İnandıracaq məni!..

Zamanın ləngərində
İllərin səngərində…
Qəfil bir zəng gələndə –
Kim andıracaq məni?

Ağırdı ömrün daşı
Kirpik də süzmür yaşı!..
Bilməzdim . addım başı –
O, sındıracaq məni!..

Əbülfət, üzülür can
Dodaqda quruyur qan…
Gələcək elə bir an,
Bu qan tutacaq məni!..

Müəllif: Əbülfət Mədətoğlu

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru