ZT

AD   GÜNÜNÜZ  MÜBARƏK!!!

Bu gün – 4 fevral – olduqca səmimi, mehriban, dostcanlı insan, gözəl xanım, sevimli söz adamı Ziyafət  Tovuzlunun doğum günüdür. Ad gününüz mübarək, Ziyafət xanım! Uca yaradandan Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

Bu gözəl gündə Ziyafət xanımın illər öncə mətbuatda  (avanqard.net)  yayımlanmış bir şeirini təqdim edirik:

BU  GECƏ  AÇ  QOLLARINI

Qoynuna gəlim…..
Səninlə danışım,
Səninlə dinim.
Səninçün sevinim,
Səninçün gülüm.
Səninçün yaşayım,
Səninçün ölüm.
Bu gecə aç qollarını
Qoynuna gəlim…..
Ay sevincim, məhəbbətim!
Bəxt ulduzum,
Alın yazım.
Sevgimizə şeir yazım,
Qoy dinlənsin könül sazım.
Bu gecə aç qollarını
Qoynuna gəlim….
İsit qəlbimi
gül nəfəsinlə
Unudum həyatın əzablarını,
Yaşayım, yaşlanım
qoy həvəsinlə….
Bu gecə aç qollarını
Qoynuna gəlim…..
Öpüm gözlərini
öpüm doyunca!
Mən sənin yanında
bəxtəvərəm ki,
Xoşbəxt oluram
Sənin olunca!

Müəllif: Ziyafət  Tovuzlu

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru