ziyafet tovuz

ZİYAFƏT   TOVUZLU

Səni unutmaq üçün
Ağrılarımı qucaqladım.
Səssiz gecələrin,səssiz səsi oldum.
Amma ümidimi kəsə bilmədim
Bəlkə dönərsən deyə.

Səni unutmaq üçün
Qapı pəncərəni bağlı saxladım.
Xəyalın,
Xatirən,qonaq gəlməsin deyə.
Ağzıma dəsmal tutub ağladım…
Hönkürtüm ətrafdan utanmasın deyə…

Səni unutmaq üçün
Yalandan gülmək öyrəndim.
Adını da,
Daş üstə bitən,qırmızı çiçək qoydum.
Bilirdim ki,daş göyərməz.

Səni unutmaq üçün
Ayaqyalın gəzirdim ki,ayağıma tikan batsın.
Ürəyimdən axan qan…
Ayağımdan axsın.

Səni unutmaq üçün.
Gecə gündüz yatmağa çalışdım.
Amma bacarmadım…
Yandım həsrətinə..
Yandım..
Alışdım…
Artıq mənası yox.
Mənası yoox..
Özüm-öz halıma alışdım.

Müəllif: Ziyafət  Tovuzlu

İlkin mənbə: Agxeber.com

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru