sona-is
Unuda bilməyəcəyəm

Bu qərib könlümün duyğusu kövrək,
Hopmusan ömrümə yaz qoxusu tək.
Sənsiz bənövşədir sinəmdə ürək,
Mən səni unuda bilməyəcəyəm.

Həsrət köynəyini qəlbim geyəcək,
Vüsalım xiffətdən boyun əyəcək.
Saçım əlin üçün qəribsəyəcək,
Mən səni unuda bilməyəcəyəm.

Hər gün ucaldıqca həsrət hasarı,
Dözüm yarpaqları olar sapsarı.
Gözlərim boylanır yoluna sarı,
Mən səni unuda bilməyəcəyəm.

Sevincim kədərə baş qoyub yatır,
Boğulur dilimdə söz qatar-qatar.
“Unut”kəlməsini qəlbim unudar,
Mən səni unuda bilməyəcəyəm.

Sona,qar yağsada qaralan telə,
Sevdalı günləri vermərəm yelə.
Sən özün -özünü unutsan belə,
Mən səni unuda bilməyəcəyəm.

Müəllif: Sona Abbasəliqızı

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru