Əbülfət_Mədətoğlu

İNDİ…

(” Bir qadına…” silsiləsindən)

Sıxılmışam bulud kimi
Daşa dəymiş umud kimi…
Ürək deyir, unut, kimi –
indi sənə?!

Kirpiklərim duz bağlayıb…
Yanaqlarım buz bağlayıb…
Gözümü bir qız bağlayıb –
indisinə!

Dodaqlarım qaysaqlanıb
Dodağımda qaysaq yanıb…
Dodağı da qaysaq sanıb –
dindi, mənə!..

Qürubdu, gün batacaqdı
Ay doğub, Gün yatacaqdı…
Əlcəyin kim atacaqdı –
indi mənə?

Əyildi çən, endi duman
Bu vadidə gendi duman…
Ümid öldü!- indi guman –
sindi mənə..!

Müəllif: Əbülfət Mədətoğlu

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru