RƏZALƏT
“Dəvə gördün? – Heç qığın da görmədim!”
Bu kəlamı yaxşı deyib atalar.
Nəyinə lazımdı görəsən dəvə?
Əvəzində səni minib çapalar!
* * *
Gördün ki, dava var, ordan uzaq get,
Yolun ortasında qoy qalsın meyit,
Oğurluq olubsa, ilim-ilim it,
Qoyma səni, oğru bilib tapalar!
* * *
Ustac deməz bircə kəlmə boşuna,
Qardaş, namərd heç çıxmasın tuşuna,
Əvvəl idi, baş tutardın qoşuna,
İndi səni təzək edib yaparlar!
21.01.2020.(20:00)
<<<<XİDMƏTLƏR>>>>
Müəllif: Zaur Ustac
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru