ingilis dili müellimi

İLİN  AYLARI

İldə on iki ay var,

Yanvar, Fevral, Matr, Aprel.

Sərin May, isti İyun,

Artıq yarı oldu il.

 

İyul, sonra da Avqust

Sevimli Sentyabr.

Oktyabr, Noyabr,

Sonunda  da Dekabr.

 

 

YANVAR

Yanvarla başlayır il,

Ən birinci o gəlir.

İlin barın, bəhərin

Ağ qarla o gətirir.

 

FEVRAL

Fevralda donur hər yan,

Çaylar, bulaqlar, göllər.

Xocalı düşür yada,

Qara bağlayır ellər.

 

MART

Martda sevinir hamı,

Açır Bənövşə, Nərgiz.

Səməniylə, Kosayla

Tonqalla  gəlir Novruz.

 

APREL

Daha torpaq isinib,

Ağaclar yaşıllaşır.

Artıq səmada çoxdan

Qaranquşlar dolaşır.

 

MAY

May sevimli bir aydır,

Hər yan çalır-çağırır.

Bu ay bizim ayımız

Azərbaycan ayıdır!

Sual:

Şair May ayına nə üçün  Azərbaycan ayı deyir?

 

İYUN

İyun altıncı aydır,

Bu ay il yarı olur.

Bu ay gecələr qısa,

Gündüzlər uzun olur.

 

İYUL

“Yayın oğlan çağıdır”,

İyul belə adlanır.

Hər yerdən buxar qalxır,

Sanki, torpaq odlanır.

Sual:

Buxar nədir?

 

AVQUST

“Qora bişirən aydır”,

Avqust belə tanınır.

Alma, armud sulanır,

Şanı, əncir ballanır.

 

SENTYABR

Sentyabr gələndə

Çox sevinir uşaqlar.

Bilik günü yetişir,

Məktəbə gedir onlar.

 

OKTYABR

Oktyabr gələndə

Gəlir payız havası.

Qozu, narı, alması,

Boldu sarı heyvası.

 

NOYABR

Noyabr soyur hava,

Tez-tez yağır yağışlar.

Həyətlərdə, bağlarda

Civildəşir ac quşlar.

 

DEKABR

Dekabr gələr-gəlməz,

Əsir soyuq küləyi.

Hədən Şaxta Babanın

Qar ələyir, ələyi.

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru