İLİN FƏSİLLƏRİ
Gəlin birlikdə sayaq,
Görək neçə fəsil var.
Yaz, Yay, Payız bir də Qış,
Bunu bilməyə nə var!
YAZ
Yazda açır çiçəklər,
Nəğmə oxuyur quşlar.
İki adı var onun,
Həm də deyirik Bahar.
YAY
Yayda dərslər qurtarır,
Bağa yollanırıq biz.
Kölgədə dincılirik,
Çoxlu oynayırıq biz.
PAYIZ
Payızın gəlişiylə,
Hər yan tamam dəyişir.
Çılpaq qalır ağaclar,
Meyvələri yetişir.
Sual:
Çılpaq dedikdə nə başa düşürsünüz?
Payızı başqa necə təsvir edə bilərsiniz.
Payızda hansı meyvələr yetişir?
Payızın başqa adı varmı?
QIŞ
Biz sevirik, qarlı Qışı,
Sevinirik qar yağanda.
Qorxutmur qarı, yağışı,
Oynayırıq qar yağanda.
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ