AGT

“QARIŞQA QADIN”

Mən bir az “dəlitəhər”,
Mən “havalı” qadınam.
Tanımağa çalışma,
Müəmmalı qadınam…

Talesiz gəlinlərin,
Üzüyünə qaşam mən
Qızılı övlad olan,
Barmaqları boşam mən…

Körpəliyi çalınan,
Bir az uşaq qadınam.
“Bəxti kömürdən qara,
Üzü dümağ” qadınam…

Ruhumu isitməyə,
Alovam, odunam mən.
Yükü özündən ağır,
“Qarışqa qadınam” mən…

Bəxti yatan torpağı,
Qazıb, eşən qadınam.
Kişi yükü çəkməkdən,
“Kişiləşən” qadınam…

Mən bir az “dəlitəhər”,
Mən “havalı” qadınam.
Tanımağa çalışma,
Müəmmalı qadınam…

Müəllif: ARZU GÖYTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru