qelender-x

<<<<SÖZ  DÜNYASI>>>>

Dünyanı qınayıram

Nə zamanı,
nə də dünyanı qınayıram.
Burada nə zamanın,
nə də dünyanın günahı yoxdur.
O adamları qınayıram ki,
onların Allahı yoxdur.
Oturub şər başında
insanları daşlayır.
Çox vaxt salır ayağının altına
bəs deyincə ayaqlaylr,xışlayır.
Talayır, sərvət varını.
Savadsız,
avvam bəndələr də
Bir tikə çörəkdən ötürü
onlara əl çalır,
onları alqışlayır.
Yaltaq şairlər,
Yaltaq yazarlar da göz yumur buna.
Çünki öturub saraylarda.
katibələr, xanımlar
sağında, solundadır.
Ləziz xörəklər qabağında
Hər gün kefində, damağındadır.
Nə zamanı,
nə də dünyanı qınayıram,
Nə zamanın,
Nə də dünyanın günahı yoxdur.
Ay yazıq insanlar,
Ay avvam bəndələr
Zanamı söyməyin,
Dünyanı qamçılamayın,
döyməyin.
Yadınızda saxlayın,
Birdəfəlik bilin ki,
zalımların Allahı yoxdur.

<<<<XİDMƏTLƏR>>>>

Səf salmayın

Mən nə müxalifətəm,
nə də iqtidar.
Xalqımın oğluyam,
xalqdan yazıram.
Onun tapdalandığı
haqdan yazıram.
Məni səf salmayın, cənablar?
Vətənimi də sevirəm,
millətimi də.
Qurub, yaratdığı
dövlətimi də.
Bir vətən eşğilə
bilin, yazıram.
Yolunda ölümə
hər vaxt hazıram!!!

<<<<XİDMƏTLƏR>>>>

Günlər keçir

Günlər keçir
İllər keçir,
yaş artır.
Qocalığın içində
Cavanlığım görünür.
Ancaq xoş əməllərim
Xatirəmdə qalır.
Pisi unuduram,
Yaxşıya sevinən ürəyim
uğuruna əl çalıram.

… .. …

Uğurlu illərim
Uğursuz günlərə calandı.
Vətənim parçalandı,
Ürəyim parçalandı.
Sinəmdə böyüdü,
boy atdı, Qaraağ dərdi…

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru