ingilis dili

<<<<XİDMƏTLƏR>>>>

“ Ə “

Əlifbam əlimdədir,

Ə hərfi tanışdır.

Gözümün önündəki

Əlim  Ə – lə başlayır.

 

Nənədə iki Ə var

İki Ə – li nəvə də

Babam Ə – dən küsəndə,

Ona deyirəm dədə.

<<<<XİDMƏTLƏR>>>>

Ə və L

Ələklə  xəlbir,

Girmişdi bəhsə.

Lələkdən fayda,

Görməyib kimsə.

 

Mürəkkəb gülüb,

Girişdi bəhsə.

Lələyi belə,

Üzməsin kimsə!

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru