ildırım əkbəroğlu

“HƏ”  DEYƏSƏN  KAŞ  MƏNƏ  BİRCƏ  KƏLMƏ

Qınamasın bu oba, bu el məni,
Gəl, ürəkdən, sən də, gülüm, duy məni.
Çox eşitdim dilindən xoş kəlməni,
Söylə mənə bu sözü gəl, çox bilmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə.

Nurla yuyur düz-dünyanı- Ay oyaq,
Qəlbimizi biz də bu nurda yuyaq.
Ay ulduzla gəlib görüşən sayaq,
Gəl görüşək, bu gün yuxuma gəlmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə

Sevgi qəlbdə toxum salan gül-çiçək,
İnadını boşla getsin, gəl, əl çək!
Gözlərindən göz yaşını silən tək,
Saf eşqini ürəyinə yaz, silmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə

İldırım, sevgidən hər kəs halıdı,
Söz var ki, sözlərin qəndi, balıdı.
Həyat göz oxşayan gözəl xalıdı,
Sən də xoş sözünlə ona vur ilmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə.

 

Müəllif: İldırım Əkbəroğlu

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :26 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru