Əbülfət_Mədətoğlu

“Bir qadına…” silsiləsindən…

Bir tala , bir vər çiçək –
Sən, ömrümdə tər çiçək!
Sən olmaz ki, hər çiçək –
Sevgisiz?

Baxışında düzüm nur
Elə bax ki, üzüm nur!
Bələnməz ki, üzüm, nur –
Sevgisiz!

Tanrı sevgisi – bələk…
Mən əl açan, sən – mələk!
Qoyma ölüm ay fələk ,-
Sevgisiz!~

Sən tanrıda, BİR Səndə
And yerim O – Pir səndə!
Öləcək o sirr səndə –
Sevgisiz!

Bitir səbrim, hovurum…
Ömrü səssiz qovurum,
Tay nə qədər sovurum –
Sevgisiz?

Ruh ki, kükrədi coşdu
Əzabları da xoşdu!
Cənnət gerçəksə, boşdu –
SEVGİSİZ!

Müəllif: Əbülfət Mədətoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru